“Biz diplomatiyanın bu münaqişəyə son qoyacağına tam əminik" - Donfrid

Vaşinqton administrasiyası indiki mərhələdə Rusiya Federasiyası ilə danışıqlara deyil, Ukraynaya hərbi dəstəyə yönəlib.

Olaylar.az bildirir ki, bunu cümə günü xüsusi brifinqdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

"Biz diplomatiyanın bu münaqişəyə son qoyacağına tam əminik. Lakin Rusiya danışıqlara hazır olmadığını göstərdi. Biz ukraynalı tərəfdaşlarımızla müntəzəm olaraq danışırıqlar aparırıq. Bu gün biz Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirməyə yönəlmişik ki, vaxtı gələndə danışıqlar masasında mümkün qədər çox təsirə malik olsun",- deyə Karen Donfrid bildirib.

O bildirib ki, ölkəsi müharibənin mümkün qədər tez bitməsini istəyir.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31