“AliExpress” rusiyalı işçilərini ixtisar etməyə başladı
13 May 2022 19:39 Dünya"AliExpress Russia" şirkəti işçilərini ixtisar etməyə başlayıb. Bu barədə bazardakı vəziyyətlə tanış olan iki şəxs, eləcə də şirkətin keçmiş əməkdaşı məlumat veriblər.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, məlumatlı şəxslərdən biri bildirib ki, ixtisarlar bir ay əvvəl başlayıb və işçilərin 40 faizinə qədərini əhatə edib. Onun sözlərinə görə, Ukrayna böhranının başlamasından və Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra "aktual olmayan" ərazilərin işçiləri ixtisarlara məruz qalıblar. Xüsusilə söhbət şirkətin öz alışlarından gedir.
"Aliexpress Russia"dan vəziyyətlə bağlı açıqlama verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31