"Ayrılan vəsait Ukraynaya kifayət etməlidir" - “Spiegel” nəşri

G7 Ukraynaya 30 milyard avro maliyyə yardımı ayıracaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb.

Nəşrin məlumatına görə, bu barədə qərar G7-nin maliyyə nazirlərinin gələn həftə keçiriləcək görüşündə veriləcək. Yardım kreditlər və qrantlar şəklində veriləcək. "Spiegel"ə danışan mənbələrin fikrincə, ayrılan vəsait ilin sonuna qədər Ukraynaya kifayət etməlidir: "Dövlət qulluqçularının maaşlarına və pensiyalarına ayda təxminən beş milyard avro ayrılacaq".

Almaniyanın maliyyə naziri Kristian Lindner Ukraynaya yardım məsələsində aparıcı rol oynayır. Çünki bu il G7-yə Almaniya sədrlik edir.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31