Aİ Ukraynaya hərbi yardımı 2 milyard avroya qədər artırır
13 May 2022 14:59 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 500 milyon əlavə hərbi yardım etməklə, hərbi yardımın ümumi məbləğini 2 milyard avroya çatdıracaq.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Almaniyada keçiriləcək G7 xarici işlər nazirlərinin toplantısından əvvəl jurnalistlərə açıqlamasında Ukraynaya dəstəyini artıracaqlarını bildirib.
"Aİ Ukrayna ordusuna dəstək üçün 500 milyonluq yeni tranş ayıracaq. Yardımın ümumi məbləği 2 milyard dollara qədər artacaq", - Borrel bildirib.
İqtisadi sanksiyalarla Rusiyaya daha çox təzyiq edəcəklərini bildirən Borell, G7 toplantısında Rusiyanın beynəlxalq arenada təcrid olunması, enerji və ərzaq qiymətləri, dezinformasiya kimi mövzuların müzakirə ediləcəyini qeyd edib.