2023-cü ildə Azərbaycanda "Starlink" internetinə çıxış mümkün olacaq
13 May 2022 13:42 Dünya"Starlink" qlobal peyk sistemi Azərbaycanda internetə çıxışı təmin edəcək.
Bu barədə "SpaceX" şirkəti məlumat verir.
İnteraktiv xəritədə yerləşdirilən məlumata əsasən, Azərbaycanda "Starlink" internetinə çıxış imkanı 2023-cü ildə əlçatan olacaq.
Qeyd edək ki, "Starlink" "SpaceX" şirkətinin idarə etdiyi peyk internet sistemidir. Hazırda "Starlink" 32 ölkədə yüksəksürətli internetə çıxışı təmin edir. Hazırda Yerin orbitində 2 200-dən çox "Starlink" peyki fəaliyyət göstərir.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31