Rusiya Mariupol polad zavodunun bombardmanını artıra bilər

"OLAYLAR.az" Ukrayna Silahlı Qüvvələrindən verilən yeni məlumata istinadən xəbər verir ki , Rusiya Mariupola artilleriya və hava zərbələri endirməkdə davam edir.

Rusiya qüvvələri öz səylərini liman şəhərinin Rusiyanın nəzarəti altında olmayan sonuncu ərazisi olan Azovstal polad zavodu yaxınlığında Ukrayna qoşunlarının bölmələrinin qarşısını almağa yönəldir.

Ukraynanın hərbi sözçüsü Oleksandr Shtupun bildirib ki, "Rusiya şəhərə tam nəzarəti ələ keçirməyə və ukraynalı müdafiəçilərin müqavimətini yatırmağa çalışır".

Rusiyanın polad zavodunu bombardmanını artıracağı gözlənilir, bütün mülki şəxslər oradan evakuasiya edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31