BMT Talibanın qadınlara təzyiqi ilə bağlı növbədənkənar iclas keçirdi

Olaylar.az xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) dünən Əfqanıstanda Taliban müvəqqəti hökumətinin qadınlara tətbiq etdiyi "örtmə" öhdəliyini müzakirə etmək üçün fövqəladə qapalı iclas keçirib.

Bu barədə Böyük Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord görüşdən sonra mediaya açıqlamasında bildirib. 

Səfirlər BMT-nin Əfqanıstandakı siyasi missiyasının fəaliyyətini, xüsusilə qadın və qızların vəziyyətini müzakirə ediblər.

Norveçin BMT-dəki səfirinin müavini Trine Heimerback görüşdən əvvəl jurnalistlərə deyib ki, Talibanın siyasəti ölkənin fəlakətli iqtisadi və humanitar vəziyyətini həll etməkdənsə, qadınları sıxışdırmağa yönəlib və bunun zorakılıq və radikallaşmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Norveçin bəyanatı qadınların hüquqlarını məhdudlaşdıran siyasətlərə yenidən baxılmasını tələb edəcək.

BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Qeyri-formal Ekspert Qrupunun həmsədrləri olan İrlandiya və Meksika Şura üzvlərinə məktub göndərərək Talibanın son qərarını "dəhşətli" adlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31