Rusiya Müdafiə Nazirliyi: Xersondan 127 nəfər təxliyə edildi

Olaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Xerson vilayətindən 127 rusiyalı və əcnəbi vətəndaşın təxliyə edildiyini açıqlayıb.

"Dünən Rusiya hərbçiləri Rusiya, Suriya, Azərbaycan, Moldova, Tacikistan və Ukraynadan olan 127 vətəndaşın Rusiya Federasiyası ərazisinə təxliyyəsini təmin ediblər", - nazirliyin məlumatında deyilir.

Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat keçirilən əraziləri tərk etmək arzusunu bildirən hər kəsin təxliyyəsini təmin edib və bu, avtobuslar və ya xüsusi nəqliyyat vasitələri ilə həyata keçirilib. Onlar Rusiya ərazisinə daxil olana qədər müşayiət olunub.

Əcnəbilərin təxliyyəsi öz ölkələrinin səfirliklərinin vətəndaşlarının Ukrayna ərazisindən təhlükəsiz təxliyəsini təmin etmək üçün çağırışlarına uyğun olaraq və Rusiyanın Xersondakı hərbi komandanlığına təqdim edilmiş müraciətlər əsasında həyata keçirilib.

Donbass əhalisinin mühafizəsi üzrə xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya hərbçiləri Xerson vilayətindən 700-ə yaxın xarici ölkə vətəndaşını qonşu Rusiya Krım Respublikasının ərazisinə təxliyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31