Bu ölkədə 5,5 bal gücündə zəlzələ baş verdi
13 May 2022 11:55 DünyaOlaylar.az xəbər verir ki, Cənubi Amerika ölkəsi olan Peruda 5,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Peru Geofizika İnstitutu (PGI) Milli Seysmoloji Mərkəzi 49 kilometr dərinlikdə meydana gələn zəlzələnin episentrinin paytaxt Limadan 60 kilometr uzaqlıqdakı Çilca şəhərindən 30 kilometr qərbdə olduğunu açıqlayıb.
Səlahiyyətlilər zəlzələ zamanı can və ya mal itkisinin olmadığını bildirib.
Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Peru "Od halqası" kimi tanınan Sakit Okean Zəlzələ Kəmərində yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31