Hərbi cinayətə görə mühakimə olunan ilk rus əsgəri
13 May 2022 11:15 DünyaBu gün silahsız ukraynalı mülki vətəndaşı öldürməkdə ittiham olunan bir rus əsgəri məhkəmə qarşısına çıxacaq. Bu Rusiyanın işğalı başlayandan bəri məhkəməyə gedən ilk hərbi cinayət işidir.
Serjant Vadim Şişimarin şimal-şərqdəki Çupaxivka kəndində 62 yaşlı kişini avtomobilin açıq pəncərəsindən başından güllələməkdə ittiham olunur.
O, Ukrayna cinayət məcəlləsinin müharibə qanunları və adətləri ilə bağlı bölməsində qeyd olunan cəzalar əsasında ömürlük həbs cəzası gözləyir.
"OLAYLAR.az" "AP"-ə istinadən xəbər verir ki , onun vəkili Viktor Ovsyanikov "ona qarşı iş güclüdür, lakin hansı dəlillərə icazə verilməsi ilə bağlı yekun qərarı Kiyev məhkəməsi verəcək" deyib.
Ukraynanın Baş Prokuroru İrina Venediktovanın ofisi Rusiya əsgərləri və hökumət rəsmiləri də daxil olmaqla 600-dən çox şübhəlinin iştirakı ilə 10700-dən çox potensial hərbi cinayətin araşdırıldığını bildirib.