Rusiya Ukraynada neft emalı zavodunu vurdu
12 May 2022 23:34 DünyaRusiya ordusu Ukraynanın Kremençuk şəhərindəki neft emalı zavodunu raketlə vurub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hücumdan sonra neft emalı zavodunda yanğın başlayıb.
Poltava Regional Hərbi Administrasiyasının sədri Dmitri Lunin sosial media hesabında neft emalı zavodunun 4 raketlə hədəfə alındığını bildirib.
Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.
Xatırladaq ki, ötən ay Ukraynanın ən böyük neft məhsulları istehsalçısı olan Kremençuq Neft Emalı Zavodu Rusiya ordusu tərəfindən raketlərlə hücuma məruz qalıb, zavod 9 raketlə vurulub və istehsal dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31