Türkiyə ordusu ilə terrorçular arasında atışma olub, yaralananlar var
12 May 2022 22:51 DünyaTürkiyənin Qaziantep vilayətində hərbçilərlə PKK/YPG terrorçuları arasında atışma baş verib.
Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, Suriyanın Ayn-El Ərəb bölgəsindən Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb.
Atışma nəticəsində Türkiyə ordusunun dörd əsgəri və bir mülki vətəndaş yaralanıb.
Ordunun cavab zərbələri ilə altı terrorçu məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31