Yeltsinin qızının avtomobilinə hücum olub
12 May 2022 22:09 DünyaRusiyanın keçmiş prezidenti Boris Yeltsinin qızı Yelena Okulovanın avtomobilinə hücum olub.
Olaylar.az xəbər verir ki, naməlum şəxslər Okulovanın "Porsche" markalı avtomobilinin şüşələrini sındırıblar.
Zərəçəkən hadisə ilə bağı polisə müraciət edib. Hadisə barədə "Diqqət, Moskva" Telegram kanalına məlumat verən mənbənin sözlərinə görə, Rublyovski şossesində yaşayan Okulova mütəmadi olaraq "Qorki-10" qəsəbəsinə alış-verişə gedir.
Bu dəfə də ticarət mərkəzinə girməzdən əvvəl avtomobilini dayanacaqda qoyub. Lakin geri qayıdanda "Porsche"ni zədələnmiş görüb.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31