Estoniya hərbi büdcəsinin 1/3 hissəsini Ukraynaya verdi
12 May 2022 16:16 DünyaOlaylar.az xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi ölkənin hərbi büdcəsinin üçdə birinin Ukraynaya bağışlandığını açıqlayıb.
Bu barədə Estoniya Xarici İşlər Nazirliyi tvitter hesabında yazıb.
Məlumata görə, Estoniya Ukraynadakı müharibənin qurbanlarına tibbi və psixoloji yardım, sığınacaq və digər əsas ehtiyaclar da daxil olmaqla yardım edib.
Estoniya Xarici İşlər Nazirliyinin "Twitter" hesabında yer alan bu yazının altında Euromaidan Press-in Ukraynaya müdafiə xərclərini bağışlayan ölkələrin qrafiki yer alıb.
Qrafikdə Ukraynanın indiyədək 28 milyard avro hərbi yardım aldığı və alacağı barədə məlumatlar qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31