Zaporojyedə terror törətmək istəyən şəxs saxlanılıb
12 May 2022 14:32 DünyaZaporojyedə terror aktına cəhdin qarşısı alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəslik Xidmətindən bildirilib.
Məlumata görə, terror aktı törətmək istəyən şəxs saxlanılıb. Hələ ki adı açıqlanmayan 1966-cı il təvəllüdlü şəxsin Dnepdə yaşadığı məlum olub. Terrorçunun partlayıcı maddə ilə insanların sıx olduğu yerə gəldiyi vurğulanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ehtimalı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31