Bu firma “Apple”ı geridə qoydu - Dünyanın ən böyük şirkəti
12 May 2022 13:20 DünyaSəudiyyə Ərəbistanın neft şirkəti "Saudi Aramco" "Apple"ni keçərək dünyanın ən dəyərli şirkəti olub.
"FactSet"in məlumatlarına görə, Səudiyyənin neft nəhəngi Saudi Aramco"nun bazar dəyəri çərşənbə günü 2,43 trilyon dollar olub. ABŞ-dakı əməliyyatlarda 5% ucuzlaşan "Apple"nin bazar dəyəri isə 2,37 trilyon dollara düşüb. İnvestorlar iqtisadiyyatların daha da pisləşəcəyi qorxusu ilə bir çox sektorda, xüsusilə texnologiyada satış edərkən, enerji payları və qiymətləri artmağa davam edir.
"Apple" səhmləri yanvarın 4-də pik həddinə çatdıqdan sonra 20 faizə yaxın azalaraq 182,94 dollara düşüb. "Saudi Aramco"nun səhmləri isə ilin əvvəlindən 27 faizdən çox artıb. Neftin qiymətinin qalxması ilə şirkət ötən il qazancını iki dəfə artırıb.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31