Çində təyyarə alışıb-yandı: Onlarla yaralı var - VİDEO

"Tibet Airlines" Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki "Jiangbei" Beynəlxalq Hava Limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Hadisə səhər saatlarında baş verib. TV9833 Çunçin-Ninqçi reysi ilə uçan təyyarədə 113 sərnişin və doqquz ekipaj üzvünün olduğu dəqiqləşib.

Yaralanan 40 nəfər xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir, qəzanın səbəbi hələ müəyyən edilməyib.

RİA Novosti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31