"Rusiyanın müdafiə mövqeyinə keçdi" - Ukrayna Baş Qərargahı

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Ukraynanın böyük şəhərlərinin ildırımsürətli ələ keçirilməsi planlarının qarşısını alıb və düşməni diqqətini bir istiqamətə yönəltməyə məcbur edib.

Olaylar.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəis müavini Aleksey Qromov deyib.

"Görülən tədbirlər və Ukrayna xalqının qəhrəmanlığı sayəsində biz düşmənin Kiyevin ildırım sürəti ilə mühasirəyə alınması, Nikolayevin, Odessanın, Çerniqovun, Sumının ələ keçirilməsi planlarının qarşısını aldıq, onu aqressiv planlarından əl çəkməyə və diqqətini bir istiqamətə yönəltməyə məcbur etdik", - Aleksey Qromov bildirib.

Qeyd olunub ki, bu gün Ukraynada ən gərgin döyüşlər Liman istiqamətində gedir. Əlavə olunub ki, Xarkov, həmçinin İzyum istiqamətində Rusiya qüvvələri müdafiə mövqeyinə keçiblər və Ukrayna bölmələrinin qarşısını almağa çalışırlar.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31