Həbsdən qaçan 200 məhbus tutuldu
11 May 2022 13:30 DünyaOlaylar.az xəbər verir ki, Ekvador polisi dünən həbsxanada baş verən iğtişaşlar və qarşıdurmalar zamanı qaçan məhbuslardan 200-nün tutulduğunu açıqlayıb.
Polis rəisi Geovanny Ponce "Dünən cəmi 220 nəfər qaçdı və indi onlardan 200-nü geri aldıq" söyləyib.
Ponce, qalan 20 qaçaq haqqında məlumat verənlərin 3000 dollara qədər mükafat alacağını vurğulayıb.
Santo Dominqo de los Tsachilas şəhərindəki Bellavista həbsxanasında dünən səhər saatlarında rəqib dəstələr arasında baş verən iğtişaşlar və qarşıdurmalar zamanı 44 məhbus həlak olub və bir çox məhbus həbsxanadan qaçıb.
Ötən ildən bu yana ölkədəki rəqib dəstələr arasında baş verən zorakılıqlarda 400-dən çox məhbus həbsxanalarda ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31