Böyük Britaniyanın baş naziri İsveç və Finlandiya liderləri ilə Avropa təhlükəsizliyini müzakirə edəcək
11 May 2022 13:15 Dünya"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki , Böyük Britaniyanın baş naziri Ukraynadakı müharibəni müzakirə etmək üçün bu gün İsveç və Finlandiyaya səfər edəcək. Boris Conson səfər zamanı hər iki ölkənin liderləri ilə görüşəcək. Onun rəsmi sözçüsü səfərin həm də "Avropanın daha geniş şəkildə təhlükəsizliyi" ilə bağlı olduğunu bildirib. Rusiyanın Ukraynanı işğal etməsindən sonra həm İsveç, həm də Finlandiyada NATO-ya qoşulmağa dəstək artıb. Hər iki ölkənin alyansa qoşulub-qoşulmayacağına bir neçə gün ərzində qərar verəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31