Ukraynanın birinci prezidenti vəfat etdi

Ukraynanın birinci prezidenti Leonid Kravçuk vəfat edib.

Olaylar.az bildirir ki, Ukrayna mediası xəbər verir ki, sabiq dövlət başçısı 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kravçuk 1991-1994-cü illərdə Ukrauynanın ilk prezidenti olub. O, ötən il ağır əməliyyat keçirib və uzun müddət reanimasiyada müalicə alıb. 2022-ci il yanvarın 10-da 88 yaşını qeyd edib.

Kravçuk Rusiya Prezidenti Yeltsin və Belorus rəhbəri Şuşkeviçlə birgə SSRİ-nin suqutunu rəsmiləşdirən Belovejsk sazişini imzalayıb.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31