Rusiya ÜST-ə etiraz etdi
10 May 2022 20:10 DünyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu Komitəsi Moskvadakı ofisinin bağlanması ilə bağlı qətnamə qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Qəbul edilmiş qərarda ofisin Rusiya hüdudlarından kənara köçürülməsi nəzərdə tutulur.
Sənədə Ukrayna, Gürcüstan, Türkiyə, Moldova, İsrail və Avropa İttifaqı ölkələri səs verib. Rusiyanın təşkilatdakı nümayəndəsi, səhiyyə nazirinin müavini Andrey Plutnitski bildirib ki, qətnamə siyasi xarakterlidir və ÜST-ün Avrasiyadakı işinə zərər verə bilər. Plutnitski bu qərarın qurumun nizamnaməsinə zidd olduğunu da vurğulayıb. Təşkilatın ofisinin yerdəyişməsi ilə bağlı qərar Rusiyanın Ukraynada və Donbasda xüsusi əməliyyat keçirməsi, eləcə də genişmiqyaslı anti-Rusiya sanksiyaları fonunda qəbul edilib.
azpost