Avropa Komissiyası ukraynalı alimlərə dəstək üçün 25 milyon avro ayırıb

Avropa Komissiyası (AK) qaçqın vəziyyətinə düşmüş ukraynalı alimlərə dəstək üçün 25 milyon avro ayırıb.
Olaylar.az xəbər verir ki, bu barədə AK-nin rəsmi nümayəndəsi Sonya Qospodinova məlumat verib.
"Avropa Komissiyası Ukraynadan qaçqın düşmüş insanlar üçün doktorluq işi və gələcək tədqiqatlar üçün 25 milyon avro məbləğində qrant ayırmaq qərarına gəlib. Bu, ukraynalı alimlərə köməkdir", - o deyib.
Hazırda Avropa Komissiyasının məlumatına görə, Ukraynadan 5 milyona yaxın qaçqın Avropa İttifaqı ölkələrinə gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31