BMT: Ukraynada çoxlu məktəblər, xəstəxanalar və ibadət yerləri zərər gördü
10 May 2022 18:52 DünyaOlaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya ilə müharibənin davam etdiyi Ukraynada bir çox məktəb, xəstəxana və ibadət yerinin zədələndiyini və ya dağıldığını bildirib.
BMT-nin İnsan Hüquqları üzrə Təqib Missiyasının rəhbəri Matilda Boqner BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında Ukraynaya səfəri ilə bağlı müşahidələrini çatdırıb.
Keçən həftə etdiyi səfər çərçivəsində paytaxt Kiyev və Çerniqov vilayətinin 14 şəhərini ziyarət etdiyini bildirən Boqner, martın sonuna qədər rus qoşunlarının işğalından sonra buradakı yaşayış yerlərinin xarabalığa çevrildiyini, vurğulayıb.
Boqner, "Bir çox mülki vətəndaş bizə ailələrinin və yaxınlarının öldürüldüyünü, həbs edildiyini və ya itdiyini söylədi. Makarivdə 5 nəfərlik bir ailə şəhərdən çıxarkən hədəf alındı. Ailənin iki üzvü sağ qaldı" deyə syləyib.
Rusiyanın hücumuna məruz qalan bir çox şəhərdə mülki əhalinin su və yemək tapmaqda çətinlik çəkdiyini bildirən Boqner, bu bölgələrdə infrastrukturların çökməsi səbəbindən səhiyyə xidmətlərinin də çətinləşdiyini qeyd edib.
Rus əsgərlərinin Buça və Kiyevin şimalında 300-dən çox mülki vətəndaşı öldürdüyü xəbərini aldıqlarını bildirən Boqner, bu rəqəmin bundan da çox ola biləcəyini xatırladıb.