Azovstal polad zavodunda 1000-dən çox əsgər var
10 May 2022 15:24 Dünya"OLAYLAR.az" Ukrayna rəsmilərinə istinadən xəbər verir ki, əsgərlərin çoxu yaralanıb 1000-dən çox ukraynalı hərbçi hələ də cənub liman şəhəri Mariupolda genişlənən Azovstal polad zavodunda qalıb.
Polad zavodu keçən həftə mülki əhalinin təxliyyəsindən sonra Rusiya tərəfindən şiddətli atəşə tutulub və ən azı 100 mülki şəxsin hələ də orada qaldığı güman edilir.
Baş nazirin müavini İrina Vereşçuk bildirib ki , "Yüzlərlə yaralı var. Təcili evakuasiya tələb edən ciddi xəsarət alan insanlar var. Vəziyyət hər gün pisləşir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31