İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib, 80-ə yaxın saxlanılan var

İtaliyada polis mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində "Ndrangeta" təşkilatı ilə əlaqəli olan 77 nəfər saxlanılıb.Saxlananlar arasında Kalabriya vilayəti Kozoleto qəsəbəsinin meri də olub.Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, paytaxt Romada da keçirilib. Kalabriyada 34, Romada isə 43 nəfər saxlanılıb.Romada saxlanan şəxslər paytaxtda bir sıra müəssisələrin mafiyanın nəzarətinə keçməsi üçün fəaliyyət göstərməkdə ittiham olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31