Filippinin yeni prezidenti məlum oldu
10 May 2022 13:11 DünyaOlaylar.az xəbər verir ki, Filippinin keçmiş diktatoru Ferdinand Markosun oğlu prezident seçiklərində 58,92 faiz səslə qalib gəlib.
Bu barədə Filippin Seçki Komissiyasının (COMELEC) qeyri-rəsmi məlumatında bildirilib.
Markosun ən böyük rəqibi Leni Robredonun səs nisbəti seçkidə 28,11 faiz olaraq qalıb.
Markos ən yaxın rəqibi Robredonun səsini ikiqat artıraraq seçkidə böyük fərqlə qalib gəlib.
Digər namizədlər arasında keçmiş boks ulduzu Menni Pakyao 6,58 faiz, Manila meri İsko Moreno 3,61 faiz və keçmiş milli polis rəisi senator Panfilo Lakson 1,7 faiz səs toplayıb.
Markos seçki nəticələri ilə bağlı verdiyi açıqlamada 6 aydır ona dəstək olanlara təşəkkür edərək, "Bu böyük səy bir nəfərlə məhdudlaşmır, bir çox insanı bir çox fərqli şəkildə çalışır" -söyləyib.
Seçkilərin nəticələri rəsmən təsdiqləndikdən sonra, Markos hazırkı prezident Rodriqo Dutertedən vəzifə alacaq.