Hulusi Akar ukraynalı həmkarı ilə danışdı
10 May 2022 12:09 DünyaOlaylar.az xəbər verir ki, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksii Reznikova zəng edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Hulusi Akar ilə ukraynalı həmkarı Reznikov arasında olan söhbətdə ticarət gəmilərinin və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi mövzuları müzakirə edilib.
Akar bir daha atəşkəs bəyannaməsi lazım olduğunu və Türkiyənin indiyə qədər etdiyi kimi sülhün qurulmasında və Ukraynaya humanitar yardımda üzərinə düşəni etməyə davam edəcəyini vurğulayıb.
Mənbə:TRT HABER
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31