Makron Viktor Orbanla danışacaq

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Rusiyadan neft embarqosu ilə bağlı razılığa gəlmək üçün çərşənbə axşamı Macarıstanın baş naziri Viktor Orban ilə telefon danışığı aparacaq.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Klement Bon LCI telekanalına müsahibəsində bildirib:

"Respublika prezidenti bu gün mövcud vəziyyətə həll yolu tapmaq üçün Viktor Orban, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və digər Aİ liderləri ilə telefon danışıqları aparacaq"

O xatırladıb ki, hazırda Aİ tərəfindən istənilən qərarın qəbulu üçün cəmiyyətin 27 ölkəsinin hamısının razılığı lazımdır. Fransa rotasiya prinsipinə uyğun olaraq bu semestrdə Aİ-yə sədrlik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31