Yaponiya Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmağı planlaşdırır

Yaponiya hökuməti Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların sırasına neft idxalı qadağasını da əlavə etməyi planlaşdırır.

"OLAYLAR.az" xəbər verir ki , Yaponiyanın baş naziri Kişida Fumio mətbuat konfransında G-7 ilə həmrəylik çərçivəsində Rusiyadan neft idxalını qadağan edəcəklərini bildirib.

"Bu, çox çətin bir qərardır, lakin hazırda ən vacib olan G-7 həmrəyliyidir" deyən Kişida, Rusiyanın Uzaq Şərq bölgəsindəki neft və qaz layihələrində Yaponiyanın maraqlarını qoruyacaqlarını əlavə edib.

"Biz ictimaiyyətə və biznesə mənfi təsirləri minimuma endirəcək bir münasibətlə onu mərhələli şəkildə ləğv edəcəyik, lakin bizim maraqlarımızı (layihələrdə) qorumaq planımız davam edir" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31