2 jurnalist  amansızca öldürüldü

Olaylar.az xəbər verir ki,Meksikanın Verakruz əyalətində iki jurnalistin güllələndiyi açıqlanıb. Bu ilin əvvəlindən ölkədə öldürülən jurnalistlərin sayı 11-ə çatıb.Bu barədə Verakruz Əyalət Prokurorluğu Twitter hesabından verdiyi açıqlamada bildirib.

Məlumata görə, Cosoleacaquedə El Veraz xəbər saytının meneceri Yessenia Mollinedo Falconi və onun müxbiri Şeyla Yohana Qarsiya Oliveranın qətli ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31