Universitetdə izdiham: 4 ölü,  70 yaralı

Olaylar.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Boliviyada universitetdə izdiham baş verib. Nəticədə  4 nəfər ölüb, ən azı 70 nəfər yaralanıb.Ölkənin Potosi bölgəsindəki bir universitetdə yüzlərlə insan tələbə şurasına seçkilər üçün qapalı idman zalına toplaşıb.
Müzakirələr başlayandan sonra gözyaşardıcı qazın partlaması nəticəsində izdiham yaranıb.Yaralılardan 5-nin reanimasiyada olduğunu açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31