Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğunun ikinci hissəsini təhvil verib

Ukrayna bu gün Avropa İttifaqına üzvlüyünə namizəd statusu almaq üçün tələb olunan sorğu ərizəsinin doldurulan ikinci hissəsini təhvil verib.

Olaylar.az bildirir ki, bu barədə Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə baş nazirin müavini Olqa Stefanişina bildirib.

Məlumata əsasən, bu sənəddə Ukrayna ölkə qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirdi (acquis communautaire).

İkinci hissənin cavabları təxminən 4 min səhifədən ibarətdir ki, bu da Avropa İttifaqı ilə Assosiasiya Sazişinin 8 illik icrasından sonra Ukrayna qanunvericiliyinin vəziyyətini əks etdirir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31