"Problemi sülh yolu ilə həll etmək şansı olsaydı, əlbəttə istifadə edərdik" - Vladimir Putin
9 May 2022 20:43 Dünya"Rusiya Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək istəyərdi, lakin bizə belə imkan verilmədi".
Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu separatçı "DXR"in "Sparta" batalyonunun öldürülmüş komandiri Vladimir Joqanın atası Artyom Joqanı qəbul edərkən deyib. "Əgər bu problemi başqa yolla, sülh yolu ilə həll etmək üçün heç olmasa bir şans olsaydı, əlbəttə ki, bundan istifadə edərdik. Amma bizə bu şansı buraxmadılar, sadəcə olaraq vermədilər", - Putin deyib.
O, bir daha Ukraynadakı hərbi əməliyyatın elan edilmiş nəticələrə nail olacağına əminliyini ifadə edib.
Putin Vladimir Joqanı ölümündən sonra Rusiya Qəhrəmanı Ulduzu ilə təltif edib. Ulduzu Artyom Joqaya təqdim edib.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31