Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları yumşalda bilər

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketində ölkə neftinin ixracı ilə bağlı təklif olunan məhdudiyyətləri zəiflədə bilər.

Olaylar.az bildirir ki, məsələn, birlik Rusiya neftinin Aİ-yə məxsus gəmilərlə üçüncü ölkələrə daşınmasına dair təklif edilən qadağanı ləğv edə bilər.

Üçüncü ölkələrə ixracla bağlı müddəanın istisna edilməsi, digərləri ilə yanaşı, iqtisadiyyatı əsasən gəmiçilikdən asılı olan Yunanıstan tərəfindən təkidlə tələb edilib. Yunanıstanın tutumuna görə dünya neft tankerlərinin dörddə birindən çoxuna sahib olduğunu nəzərə alsaq, bu, ölkə üçün mühüm valyuta mənbəyidir.

Lakin, çox güman ki, Aİ Rusiya neftini ixrac edən gəmilərin sığortasına qoyulan qadağadan əl çəkməyəcək və bu, ixraca ciddi maneə olaraq qalacaq.

unian.net

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31