Moskvada Qələbə Paradının aviasiya hissəsi ləğv edildi –Kremldən açıqlama
9 May 2022 11:50 DünyaMoskvada Qələbə Paradının aviasiya hissəsi ləğv edilib.
Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, səbəb hava şəraitinin pis olmasıdır.
Qeyd edək ki, bu gün "Qiyamət təyyarəsi" İl-80, həmçinin MiQ-31İ və beşinci nəsil Su-57 qırıcıları paytaxt üzərində uçmalı idi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradın aviasiya hissəsi 77 təyyarə və helikopterdən ibarət olacaqdı. Bu, Böyük Vətən Müharibəsinin bitməsindən sonrakı illərin sayına bərabərdir.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31