“Ukrayna böhranı qlobal iqtisadi ləngiməyə səbəb olacaq” –Bill Qeyts
9 May 2022 10:55 DünyaUkraynada müşahidə olunan böhran qlobal iqtisadi ləngiməyə səbəb olacaq.
"Bloomberg"in məlumatına görə. bu proqnozla "Microsoft"un yaradıcısı, milyarder və xeyriyyəçi Bill Qeyts çıxış edib.
Milyarderin sözlərinə görə, bu ölkədə xammal qiymətlərinin kəskin artmasına səbəb olan vəziyyət onsuzda dövlət borcu səviyyəsinin yüksək olduğu və tədarük zəncirində bəzi problemlərin mövcud olduğu pandemiya dövründə yaranıb.
"ABŞ, İngiltərə və Hindistan da daxil olmaqla bir çox ölkə inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırmağa başladı. Bu, nəticədə iqtisadi artımın ləngiməsinə səbəb olacaq", - Bill Qeyts söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31