İlon Mask məhkəməyə verilib

ABŞ-ın Orlando şəhərinin (Florida ştatı) Pensiya Fondu iş adamı, "Tesla" şirkətinin sahibi İlon Maskın "Twitter"i əldə etmək istəyinə görə ona qarşı iddia qaldırıb.

Olaylar.az bildirir ki, bu barədə "The Guardian" qəzeti xəbər verib.

Fond Delaver məhkəməsində iddia qaldırıb, çünki, ştatın qanunlarına görə, İ.Maskın hazırkı vəziyyətdə "Twitter" ilə bağlı üç il ərzində (2025-ci ilə qədər) razılaşmanı tamamlamaq hüququ yoxdur. Bununla belə, şirkətin səhmlərinin üçdə ikisinin sahibləri, o cümlədən " Morgan Stanley" maliyyə konqlomeratı (səhmlərin 8,8%-i) və sosial şəbəkənin yaradıcısı "Cek Dors" (2,4%) satınalma prosessinə qeyd olunan müddətdən əvvəl razılıq verərsə, bu baş tuta bilər.

Qanuna əsasən, razılaşma təxirə salınmalıdır, çünki İ.Mask Twitter səhmlərinin 9%-dən çoxuna (9,2%) sahibdir və bu, qanuni olaraq sahibkarı "maraqlı səhmdar" edir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31