"Mariupol humanitar əməliyyatının bir hissəsi başa çatıb” - Vereşçuk

Ukraynanın Mariupol şəhərinin "Azovstal" ərazisindən bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib.

Olaylar.az bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.

Onun sözlərinə görə, humanitar əməliyyatın bir hissəsi artıq başa çatıb.

"Prezidentin tapşırığı yerinə yetirildi. "Azovstal"da olan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb", - deyə Vereşçuk əlavə edib.

Qeyd edək ki, Ukrayna hərbçiləri "Azovstal" zavodunun ərazisində qalır.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31