"Biz hələlik təhlükəsizliyə zəmanət verə bilmərik, lakin tədricən paytaxta qayıtmaq mümkün olacaq” - Vitali Kliçko

Mayın 8-9-dan sonra Rusiya ilə genişmiqyaslı müharibəyə görə paytaxtı tərk edən sakinlər geri qayıtmağa başlaya bilərlər.

Olaylar.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.

"Kiyevlilərə təhlükəni nəzərə alaraq Kiyevə qayıtmağa tələsməməyi tövsiyə edirəm. Təcavüzkarın hədəfi paytaxt olub və hələ də belədir. Şəhərətrafı ərazilərdə, meşəlik ərazilərdə çoxlu sayda mina var. Hərbçilər deyirlər ki, bu ərazilərin əksəriyyəti hələlik təhlükəli olaraq qalır. Biz hələlik təhlükəsizliyə zəmanət verə bilmərik, lakin 8-9 maydan sonra tədricən paytaxta qayıtmaq mümkün olacaq", - Kliçko qeyd edib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31