"Ukraynaya göndərilən silahlar məhv edildi" - Rusiya Müdafiə Nazirliyi

ABŞ və Avropa ölkələrindən Ukraynaya göndərilən silahlar məhv edilib.

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.

Konaşenkov havadan atılan yüksək dəqiqlikli raketlərlə Donetskdə Bahmut qəsəbəsi yaxınlığında hərbi hissələrin və texniki vasitələrin toplandığı 5 ərazinin və sursat anbarının vurulduğunu bildirib.

Rusiya hava döyüş taktiki bölmələrinin gecə saatlarında Ukraynanın 18 hərbi obyektini vurduğunu bildirən Konaşenkov Xarkov vilayətində 2 komanda mərkəzinin, Odessa vilayətində isə 3 sursat və yanacaq anbarının məhv edildiyini deyib.

"ABŞ və Avropa ölkələrindən göndərilmiş külli miqdarda hərbi-texniki silah Xarkov vilayətindəki Boqoduxov vağzalının yaxınlığında məhv edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31