“Xəbər sızdırılmasına son qoyulmalıdır!” –Bayden ABŞ kəşfiyyatına xəbərdarlıq etdi
7 May 2022 11:34 Dünya"Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasına dair xəbərlərin sızdırılmasına son qoyulmalıdır".
Azpost.info xəbər verir ki, "NBC News" bunu ABŞ prezidenti Co Baydenə istinadən yazır.
Bayden bu iradını ABŞ-ın kəşfiyyat və müdafiə orqanlarının yüksək vəzifəli rəsmiləri ilə söhbəti zamanı dilə gətirib. O əlavə edib ki, bu xəbərlərin sızdırılması Vaşinqtonu məqsədindən yayındırır.
Söhbət, ABŞ kəşfiyyatının Ukraynaya yardım göstərməsi ilə bağlı xəbərlərdən gedir. Son belə xəbərdə bildirilirdi ki, ABŞ Kiyevə "Moskva" kreyserinin koordinatlarını ötürüb və çox keçmədən gəminin göyərtəsində yanğın başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31