Rusiya XİN-dən Britaniya səfirinə ETİRAZ
6 May 2022 22:20 DünyaBöyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert cümə günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN yaydığı bəyanatda bildirilir.
Məlumata görə, səfirə rəsmi Londonun qəbul etdiyi növbəti sanksiya paketi ilə bağlı qəti etiraz bildirilib.
Diplomatın diqqətinə bu cür addımların qaçılmaz olaraq ikitərəfli əlaqələrin tamamilə məhvinə və Rusiya və Böyük Britaniya xalqları arasında münasibətlərin korlanmasına gətirib çıxaracağı çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31