“Şolts Kiyevə gəlmək üçün çox güclü siyasi addım ata bilər" - Zelenski
6 May 2022 20:22 DünyaUkrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsu mayın 9-da Kiyevə səfər etməyə çağırıb.
Olaylar.az xəbər verir ki, Zelenski bunu Britaniyanın "Chatham House" analitik mərkəzinin nümayəndələri ilə söhbətində deyib. "Şolts mayın 9-da Kiyevə gəlmək üçün bu çox güclü siyasi addımı ata bilər. Mən mənasını izah etmirəm, düşünürəm ki, səbəbi başa düşəcək qədər savadlısınız", - Zelenski bildirib.
Qeyd edək ki, kansler Kiyevə səfər etməkdən imtina edib və qərarını Zelenskinin Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul etmək istəməməsi ilə izah edib. Bu gün məlum olub ki, mayın 9-da Şoltsun Berlində Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb. Siyasətçilər Avropa İttifaqı çərçivəsində gələcək əməkdaşlığı müzakirə edəcəklər.
azpost