Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz "Telegram" kanalında bildirib.
Vereşçuk qeyd edib ki, 28 hərbçi və 13 mülki şəxs geri qaytarılıb.
O əlavə edib ki, qaytarılanlardan 11 nəfəri qadındır.