Zelenski Kiyevdə Baltik ölkələrinin XİN rəhbərlərini qəbul edib
6 May 2022 16:50 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Baltik ölkələrinin - Estoniya, Latviya və Litva xarici işlər nazirlərini qəbul edib.
APA xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs "Twitter"də bildirib.
"Latviyalı və estoniyalı həmkarlarımla Kiyevə səfər etmişik. Bu dəfə biz Ukraynanın yenidən qurulması, bərpası və Avropa İttifaqına namizəd statusu barədə danışırıq. Çiçəklənən Kiyev ölkənin parlaq gələcəyə hazır olduğunu xatırladır", - Landsberqis qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31