Putin 9 May Qələbə Paradında iştirak edəcək
6 May 2022 16:06 DünyaOlaylar.az MK.RU-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin mayın 9-na olan planlarından danışıb: "Mayın 9-da Putin hərbi paradda iştirak edəcək. Onun çıxışı olacaq." O əlavə edib ki, parad başa çatdıqdan sonra Putin ənənəvi olaraq Naməlum Əsgərin məzarına əklil qoyacaq. Peskov həmçinin bildirib ki, Ukraynada keçirilən xüsusi əməliyyat Qələbə bayramının qeyd olunmasına kölgə salmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31