Mariupoldan 500-ə yaxın mülki şəxs təxliyə edilib

"OLAYLAR.az" xəbər verir ki , Ukrayna, BMT-nin rəhbərlik etdiyi xilasetmə əməliyyatı başlayandan bəri cənub-şərqdəki Mariupol şəhərindən 500-ə yaxın mülki şəxsin, o cümlədən mühasirədə olan Azovstal polad zavodundan bir çox şəxsin təxliyə edildiyini bildirib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andriy Yermak təxliyyəni "mürəkkəb əməliyyat" adlandırıb və bildirib ki, "Ukrayna  bütün mülki şəxsləri və hərbçiləri xilas etmək üçün təxliyyə işlərinə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31