Almaniya Ukraynaya ağır artilleriya göndərir

OLAYLAR.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Kristin Lambrekt  Almaniyanın Ukraynaya  söz verdiyi beş artilleriya sistemi ilə yanaşı yeddi özüyeriyən haubitsa göndərəcəyini bildirib.

Almaniya hökuməti Ukraynanı silahla təmin etməkdə ləngidiyi üçün Avropalı müttəfiqlərin təzyiqi ilə üzləşdi və keçən ayın sonunda "Gepard" tanklarından ibarət ilk tədarükünü elan etdi.

NATO ölkələrinin indiyədək Ukraynaya göndərdiyi ağır silahların əksəriyyəti sovet istehsalı silahlardır, lakin ABŞ və bəzi digər müttəfiqlər Kiyevi Qərb haubitsaları ilə təchiz etməyə başlayıblar.

Ukraynaya göndərilən ağır artilleriya sistemləri "Panzerhaubitze 2000" adlanır və alman ordusu onları dünyanın ən müasirləri kimi təsvir edir. Almaniyada döyüşə hazır vəziyyətdə olan cəmi bir neçə haubitsa var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31