“Azovstal-ın təxliyəsi Rusiyanın atəşi altında davam edəcək"

"OLAYLAR.az" xəbər verir ki , Ukrayna prezidenti Vladimir Zelenski sosyal şəbəkədə paylaşdığı videoçıxışında  Mariupoldan dinc sakinlərin təxliyəsi üzrə əməliyyatların davam edəcəyini, lakin Rusiya qüvvələrinin Azovstal polad zavodunu atəşə tutmasını dayandırmadığını söylədi.

BMT-nin baş katibi Antonio Quterreş deyib ki, "insanları bu cəhənnəm mənzərələrindən çıxarmaq üçün hər şey edilməlidir".

Cümə axşamı iki konvoy Azovstal zavodundan, Mariupoldan və ətraf ərazilərdən 500-ə yaxın insanı təxliyə edib.

Video müraciətində Zelenski Rusiyanın işğalı altında olan ölkənin bir çox ərazilərində tibbi xidmət və dərman çatışmazlığı olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukraynada 400-ə yaxın səhiyyə müəssisəsini dağıdıb və ya zədələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31